İlk 30 Dəqiqədə Nə Etməliyəm?

Diplomacia-ya xoş gəlmisən.

Əgər bu oyuna ilk dəfə daxil olmusansa, böyük ehtimalla hər şey qarışıq görünür. Narahat olma. Oyunu bir gündə öyrənmək mümkün deyil və buna ehtiyac da yoxdur.

Bu məqalədə ilk 30 dəqiqə ərzində etməli olduğun ən vacib şeyləri izah edəcəm.


İlk Gün üçün Qısa Plan

✅ Qruplara qoşul

✅ Əvvəlcə Alim bacarığını yüksəlt

✅ Səviyyə atladıqca verilən pasif bacarıq xallarını Vergi Ekspertinə xərclə

✅ Akademik Karyera üçün müraciət et

✅ Sərfəli bir Almaz fabriki tap və işləməyə başla

✅ Müharibələrə və ya Hərbi Əməliyyatlara qoşul

✅ Suallar verməkdən çəkinmə


İndi isə ətraflı…

Telegram və Discord kimi qruplara qoşul

Diplomacia-da ən böyük üstünlüklərdən biri təcrübəli oyunçulardan kömək almaqdır.

Oyunda hər şeyi tək başına öyrənməyə çalışmaq çox vaxt aparır.

Bu səbəbdən oyunun Telegram və Discord icmalarına qoşulmağın tövsiyə olunur.

Burada: